İlhamə Sadıqova AMEA Arxeologiya,Etnoqrafiya və Antropologiya İnstitutu
Günel Pirquliyeva “Çıraqqala-Şabran”Dövlət Tarix-Mədəniyyət Qoruğu
Azərbaycan arxeologiya elminin təşəkkülü tarixi materiallarda (XIX əsrin sonu -XXəsrin əvvəlləri)
Elm müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir – İlham Əliyev.
Açar sözlər: XX əsrin əvvəlləri, abidələrin qorunması ,milli kadrlar, arxeoloji tədqiqatlar, tarixi materiallar.
Ключевые слова: начало ХХ века, охрана памятников, национальные кадры, археологические исследования, исторические материалы.
Key words: early XX century, protection of monuments, national personnel, archaeological research, historical maretials.
XX əsrin əvvəlləri özünün ziddiyyətli iqtisadi-siyasi prosesləri ilə, tarixi yenilikləri ilə yanaşı həm də elmin yaranması,təşəkkül və formalaşması ilə yadda qalmışdır. Azərbaycan Demokratik Respublikası mövcud olduğu qısa bir müddət ərzində mədəni-maarif sahəsinə də diqqət yetirə bilmişdir.1919-cu ildə Bakıda Universitetin yaradılması[1] ADR-in ən təqdirə layiq xidməti olmuşdur.Bununla yanaşı elmin inkişafı ,tarix və incəsənət abidələrinin qorunması ilə bağlı tədbirlər də nəzərdə tutulurdu.Bu məqsədlə milli hökumət 1919-cu il dekabrın 7-də “İstiqlal” muzeyinin açılışını elan etdi [2,s.65,3,s.243-244,4].Lakin bolşevik hökuməti Azərbaycan Demokratik Respublikasını suquta uğratdığı üçün bu işi də yarımçıq qoydu.
Bolşevik hökumətinin ikili siyasəti tarixin çətin yollarını keçmiş Azərbaycanın XX əsrin əvvəllərində artıq yeni bir həyata qədəm qoymasına zəmin yaratdı. Elmin inkişafı və milli kadrların yaranması bu tədbirlər arasında gözə çarpacaq dərəcədə sevindirici bir hal idi.Azərbaycanın xeyriyyəçi mərd oğullarının yeni hökumətə miras qoyduğu maddi-mədəni irs şura hökumətinin inkişafına xeyli təkan verdi.Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyevdən miras qalan(İsmailiyyə binası)[5], Hacı Məhəmmədhüseyn Məmmədov(Zəncirli bina), Murtuza Muxtarovdan(“Səadət sarayı” binası və s.)[5,6,7] saymaqla bitməyən mülklər sovet hökuməti tərərfindən müsadirə edilərək müəyyən orqanların fəaliyyətinə verildi.
Bütövlükdə, azərbaycan messinatlarının yunan, italyan barokko üslubunda[8], milli ornamentləri unutmadan tikdirdikləri binalar müasir dövrümüzə kimi gəlib çatmış maddi-mənəvi irs olaraq müstəqil Azərbaycanın himayəsi və qoruması altındadır.Sovet hökümətinin mədəni- maarif sahəsində ilk tədbirlərindən biri,Milli hökumətin yaratdığı 1920-ci ildə “İstiqlal” muzeyinin əsasında Zeynalabdin Tağıyevin evinin binasındaAzərbaycan Dövlət Muzeyini yaratması oldu.Bundan bir müddət sonra 1923-cu ildə Azərbaycanın təbiət, tarix və iqtisadi cəhətdən hərtərəfli planlı şəkildə öyrənilməsi üçün İsmailiyyə binasında yerləşdirilən Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC)[9,10], Azərbaycanın tarix, incəsənət, arxeoloji, etnoqrafik abidələrinin mühafizəsi, qeydə alınması, maddi mədəniyyət nümunələrinin toplanması və qorunması məqsədilə 1923-cü ildə Azərbaycanın Arxeoloji Komitəsi(AAK)[11,s.77]sonradan, 1927-ci ildən Azərbaycanın qədim tarix,incəsənət və təbiət abidələrini qoruyan komitə, 1929-cu ildə isə Azərb.Dövlət Elmi Tədqiqat İnstitutu və s. bu kimi elmi müəssisələr yaradıldı[12].Bu cəmiyyət və komitələrə yeni yaranmiş sovet sosialist respublikalarından dəvət olunmuş elm adamlari, mutəxəssislər, alim, professorlar cəlb edildi. Onlar elmi tədqiqatlar aparır və yerli kadrların yaranmasında böyük rol oynayırlar.
Tarixi-memarlıq abidələrin qorunması məqsədi ilə Azərb.SSR Xalq Komissarları Sovetinin Azərb.SSR-də qədim abidələrin qeydə alınması və mühafizəsi haqqında 1924-cü il martın 4-də verilmiş 20№-li dekretə,1925-ci il iyunun 30-da 45№-li “əlavələr” edildi. “Əsasnaməyə” uyğun olaraq Arxeoloji Komitə respublika ərazisində qədimabidələrinmühafizəsi,qeydiyyatı,həmin adidələrin tədqiqi və müşahidədə saxlanması məsələsi üzrə ölkənin mərkəzi ali elmi orqanı oldu[13,s.104.,14.s.183.,]. Bununla da, Azərbaycan elmi inkişaf və tərəqqi yoluna qədəm qoydu.
Hələ XIX əsrdə Azərbaycana gələn səyyahların yol xatirələrinəburaya işləməyə,yaxud da tapşırıqla göndərilən əcnəbi mütəxəssislərin gündəliklərinə göz gəzdirdikdə Azərbaycanın torpağına, tarixinə olan marağı görürük.Xarici ziyalılar ya təsadüfən,ya da həvəskar tədqiqatlar apararaq,əldə etdikləri materialları xaricə, Avropa muzeylərinə aparırdılar.Həvəskar arxeoloqlarla başlayan bu axtarışlarsonralar peşəkar arxeoloqlara keçir. Azərbaycanın bir çox bölgələrində Qarabağ, Gəncə, Gəncəçay vadisində, Gədəbəy, Şəmkir, Xanlar və s. ərazilərində V.Belk, R.Virxov, E.Resler, Q.Rozendorf, Bayern, V.Skinder, D.Şults, A.Spitsin, A.İvanovski, M.Fyodorov, İ.Polyakov[15], sonrakı dövrlərdə İ.İ.Meşşaninov, A.A.Miller, T.Passek, B.Latınin, Y.Paxomov, V.M.Sısoyev, V.M.Zummer, Y.Hummel, R.Ziffeldt, C.Aleksandroviç və başqalarıtədqiqatlar aparmağa başlayırlar.
Bu bölgələr içərisində Qarabağ diyarı tarixi,etnoqarfik,arxeoloji abidələri ilə incəsənəti və folklor nümunələrilə hər zaman xarici mütəxəssisləri,səyyah və alimlərin daha çox marağına səbəb olurdu.
Şuşa realnı məktəbinin müəllimi olan E.Resler Moskva Arxeoloji Komitəsinin tapşırığrı ilə (1892-1903) Qarabağ və Gəncəçay vadisində tədqiqatlar aparmışdır.Onun ilk tədqiqat obyekti (1891-1897) Xocalıdakı abidələr olur.Çoxsaylı tapıntılar içərisində onun 11№-li kurqanın qazıntısı zamanı üzərində Assuriya mixi yazısı olan əqiq muncuğun aşkar etməsidir.Sonradan bu yazı İ.İ.Meşşaninov tərəfindən oxunmuş və orada Assuriya padşahı Adadnirarinin adı olması müəyyən edilmişdir[16,s.107].Bütövlükdə, E.Reslerin apardığı qazıntılar nəticəsində Qarabağ tunc dövrü tarixinin öyrənilməsi üçün zəngin materiallar toplamışdır. [17]
Qarabağda arxeologiya sahəsində görülən sonrakı tədqiqatlar XX əsrin 20-ci illərinə təsadüf edir.XX əsrin 20-ci illərində Azərbaycanın bir çox bölgələrində ATTC və AAK tərəfindən təşkil olunan elmi araşdırmalar,tarixi,etnoqrafik tədqiqatlar, arxeoloji həfriyyat işləri o dövrdə cəmiyyətlərin “xəbərləri”ndə yerli və hətta xarici mətbuatda işıqlandırılırdı.Bu illərdə Azərbaycanda yaranan elmi müəssisələrdə xarici ölkələrlə əməkdaşlıq geniş vüsət almışdır.1926-ci ildə ATTC-nin tapşırığı ilə akademik,şərqşünas alim İ.İ.Meşşaninovun rəhbərliyi altında Qarabağ(Xocalı) və Naxçıvana (Qızılvəng) arxeoloji ekspedisiya göndərildi[18,s.172]. İlk dəfə təşkil olunan arxeoloji ekspedisiyani İ.İ.Meşşaninov öz gündəliyində “1-ci Azərbaycan ekspedisiyası”adlandırdı[19,s.180]. Xocalıda apardığı qazıntılardan sonra, Naxcıvana yola düşənİ.İ.Meşşaninovun tədqiqatlarından başqa, yay aylarında Qızılvəngə Zaqafqaziya Elmi Assosiasiyası tərəfindən göndərilən A.A.Miller də arxeoloji tədqiqatlar aparmışdır[20,s.326.,21,s.196].
Xocalıda növbəti qazıntilar 1950-ci ildə A.İessenin başçılığı altında aparılmışdı. Arxeoloji ekspedisiyalar geniş miqyas alaraq Xocalıda, həmçinin Ağdamda da davam etdirildi [17].
XX əsrin əvvəllərində şura hökumətinin apardığı ağır siyasi rejim özünü elmdə də göstərirdi. Mənfur düşmənin havadarı olan bu rejim 1927-ci ildə Naxçıvan və Zəngəzura etnoqrafik materiallar yığmaq məqsədilə səfər təşkil edən Ələsgər Ələkbərovun Sisian rayonun kəndlərində yaşayan azərbaycanlıların pis vəziyyətdə yaşadığını və ermənilər tərəfindən terrora məruz qaldıqlarını qələmə alaraq, ürək ağrısı ilə məktub yazıb dövlət orqanlarına göndərir[22,s.36.,23,70-71]. Lakin onun bu məktubu nəinki nəzərə alınmır,hətta Ələkbərovun özünü bir il müddətinə həbs edirlər[23.s.85.,24,s.130]. Bəli belə hadisələr artıq gələcəkdə kütləvi repressiyaların başlanmasından xəbər verirdi. Bütün bunlara baxmayaraq həyat davam edirdi vəgənc müdavimlər özlərini elmə həsr edərək yeni-yeni nailiyyətlərə müvəffəq olurdular.
Bu dövrdə arxeoloji və etnoqarfik tədqiqatlar Qarabağla bərabər Azərbaycanın bir çox bölgələrinə təşkil olunurdu. Cəmiyyət və komitələr ilə yanaşı Azərbaycan Dövlət Muzeyinin də rəhbərliyi altında tarixi, etnoqrafik, arxeoloji tədqiqatlar aparılmışdır.1921-ci ildə Gəncə qəzasına ilk rəsmi arxeoloji ekspedisiya göndərilmişdir ki, onun da fəaliyyəti nəticəsində qəzanın 3 kəndində yerləşən 7 kurqanda qazıntı işləri aparılmışdır. İlk qazıntı işlərinə iyunun 1-də Gəncə qəzasının Nüzgər kəndində (indiki Şəmkir rayonu), Şamir-dərəsi adlanan yerdə başlanılmışdır. 1921-ci ildə başlanmış axtarışlar 1922-ci ildə də davam etdirilmişdir. Ekspedisiya bu dəfə Gəncə qəzasının “Həsən təpəsi”, “Xanlar təpəsi” və “Qala yeri” adlı ərazilərinə baxış keçirmiş, burada yerləşən kurqanları qeydə almışdır[25].
Keçən əsrin 20-ci illərinin ortalarında Azərbaycanın bölgələrinə daha bir ekspedisiya təşkil edildi. D.Şərifovun rəhbərliyi altında təşkil edilmiş həmin ekspedisiya 1925-ci ildə Nuxa (indiki Şəki) qəzasında – qədim Qəbələ şəhər yerində, 1926-cı ildə isə Yaloylu təpədə və Gəncə qəzasının dağlıq hissəsində – Çovdarda arxeoloji tədqiqat işləri həyata keçirir[26]. 20-ci illərdə təşkil edilmiş ekspedisiyaların tapıntıları bu gün də Azərbaycan Tarixi Muzeyinin arxeologiya fondunun ən qiymətli nümunələrindəndir. 1938-ci ildə İ.Cəfərzadənin rəhbərliyi ilə Köhnə Gəncədə aparılan arxeoloji tədqiqat işlərində muzeyin əməkdaşları V.Leviatov, A.Nuriyev, N.K.Minkeviç, Q.İone, İ.Şeblıkin və b. iştirak etmiş, XII-XIII əsrlərə aid zəngin material toplamışlar[25].
Arxeologiya elmində müstəsna xidmətləri olan İ.İ.Meşşaninovun yaratdığı məktəb bizə yerli,milli kadrların yetişməsinə, Ə.Ələkbərov, D.Şərifov, İ.Cəfərzadə, M.Salamov, Q.Sadiqi, İ.Əzimbəyov, S.Qazıyev, L.Hüseynzadə, Hacı Mirbağır Mirbağırzadə və başqaları kimi tarixçi, arxeoloq, etnoqraf mütəxəssislərin üzə çıxmasına təkan verdi[3,9].
XX əsrin əvvəllərindən Azərbaycanda yaranmağa başlayan arxeologiya elminin təşəkkülü, tərəqqisi və bütövlükdə elmin inkişafı əsrin ortalarındanulu öndərimiz Heydər Əliyevin qayğısı nəticəsində daha da genişlənmiş,yeni nailiyyətlər əldə etmişdir. “Xalq həmişə öz ziyalıları,öz mədəniyyəti,öz elmi ilə tanınır” deyən H.Əliyevin elmə və mədəniyyətə olan diqqəti onun oğlu tərəfindən davam etdirilməkdədir [27].
XX əsrin sonlarında mənfur qonşuların Qarabağ torpaqlarına təcavüzü nəticəsində son tunc-ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş-qutu qəbirləri, XVIII əsr Şuşa qala divarları,orta əsr istehkamları, bir sözlə bütöv Qarabağın və onun gözü sayılan Şuşanın tarixi, arxeoloji, incəsənət abidələrini viran qoyub xarabalıqlara çevirmişlər[17].
Ümummilli lider ulu öndər Heydər Əliyev Qarabağ , Şuşa və Laçın ictimaiyyəti ilə görüşəndə, hər zaman Qarabağın Azərbaycanın həyatında müstəsna yeri olduğunu qeyd edərək, bu insanlarda gec-tez o torpaqlara, doğma evlərinə, yurd –yuvalarına qayıdacaqlarına ümid yaradırdı. O söyləyirdi “ Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”[17]. H.Əliyevin siyasi kursunu uğurla davam etdirən onun oğlu ölkəmizin prezidenti cənab ali baş komandan İlham Heydər oğlu Əliyevin şanlı ordumuza rəbərliyi nəticəsində ata vəsiyyətini yerinə yetirərək 44 günluk müharibədə(27.09.2020-10.11.2020) tarixin beşiyi sayılan Qarabağ torpaqlarını azad etdi. Indi azad edilmiş torpaqlarda tikinti-quruculuq və tarixi-memarlıq abidələrinin bərpası və mühafizəsi işləri gedir.
Ədəbiyyat
1.http://bsu.edu.az/az/content/tarxmz
2.ÇıraqzadəV. İstiqlal yollarında(tarixi oçerklər).Bakı,Azərbaycan Dövlət
Nəşriyyat –Poliqrafiya Birliyi,1992,81s.
3.İbrahimova İ. Azərbaycan milli kadrlarının ilkin arxeoloji fəaliyyəti.//Elmi
axtarışlar,II toplu(filologiya,tarix,incəsənət),Bakı,2000,s.243-247.
4.https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_%C4%B0stiqlal_Muzeyi.
5.https://science.gov.az/az/pages/istoricheskie-zdaniya.
6.https://ttshinshaat.az/construction_memar/az%C9%99rbaycanin- tarixi-memarliq-binalari/.
7.
8.https://www.youtube.com/watch?v=UbQ-W8MF0mE
9.Керимова Т. Из истории Национальной Академии Наук. Баку,
“Тахсил”, 2005, 568с.
10. Научная работа в АССР.//Народное образование вАзербайджане 1920-
1927,Изд.НКП АССР,Баку,1928,с.115-125.
11.Məhərrəmov E. Talanmış abidələrimiz barəsində.//Azərbaycan
Arxeologiyası,Bakı,Xəzər Universiteti,1999,s.77-78.
12.İbrahimova İ. Azərbaycan tarixində “Azərbaycanı Tədqiqi və Tətəbbö
Cəmiyyətinin rolu”.// Gənc azərbaycanşünasların məruzələri,Bakı,1998,s.
122-130.
13. Собрание узаконений и распоряжений Рабоче-Крестянского
Правительства АССР за 1924 год.// Изд.НКЮ АССР.Баку,1926,409 с.
14. Керимова Т. Археологическая наука Азербайджана.//Азербайджан и
Азербайджанцы,Баку,2006,№5-12,с.181-193.
15.İbrahimova İ. Azərbaycanda XIX əsrin sonu-XX əsrin əvvəllərində arxeoloji
tədqiqatlar haqqında.//AMEA Xəbərləri(tarix,fəsəfəvə hüquq
seriyası),2008,№9,s.80-92.
16.Мещанинов И.И.К вопросу об ассирийской бусине из Ходжалинского
могильника.// Изв.ООИА,1926,№3,107-111.
17. https://1905.az/hiday%C9%99t-c%C9%99f%C9%99rov-
erm%C9%99nil%C9%99r-qarabagda-arxeoloji-qazintilar-aparirlar/
18. Field Henry. USSR Nakhichevan.//An excerpt from the Oriental Institute
archeological reporton on the Near East.The American Journal of Semitic
Languages,Vol. LVI, No.,2,April,1939,p.172-174.
19.İbrahimova İ. XX əsrin 20-ci illərindəAzərbaycanın Qarabağ və Naxçıvan bölgələrinə təşkil olunmuş ilk arxeoloji ekspedisiya haqqında.//Pedaqoji Universitetin Xəbərləri,Bakı,2008,№2,180-185.
20. Миллер А.А. Археологические исследования в Нахичеванской Республике летом 1926 г.// ГАИМК Сообщения I,Ленинград,1926,с.326.
21. İbrahimova İ. Akademik İ.İ.Meşşaninov və akademik A.A.Millerin Qızılvəngdə arxeoloji tədqiqatları.// Tarix və onun problemləri,Bakı,2000,№1,s.196-197.
22. ARDA,Fond 389,siyahı 1, iş 72,vərəq 35-36.
23. Керимова Т,Садыгова И, Алиев И. Жизнь,творчество,судьба ученого. Баку,”Университет Хазар”, 576 с.
24. ARDA,Fond 389,siyahı 1, iş 32,vərəq 130.
25. http://azhistorymuseum.gov.az/az/fond/3
26.İbrahimova İ. Azərbaycan Tarixi Muzeyinin 20-ci illərdə apardığı tədqiqat işlərindən.//Azərbaycan Arxeologiyası,Bakı,1999,№3-4,s.92-95.
27. https://www.academia.edu/.
Xülasə
Azərbaycan arxeologiya elminin təşəkkülü tarixi materiallarda (XIX əsrin sonu-XX əsrin əvvəlləri).
Məqalədə XX əsrin əvvəllərində Azərbaycanda arxeologiya elminin yaranması,təşəkkülü və inkişafından bəhs edilir.
XX əsrin əvvəllərində yaranan İstiqlal Muzeyi,Azərbaycan Dövlət Muzeyi ,elmi cəmiyyət və komitələrin fəaliyyətinə toxunulur.Azərbaycanın müxtəlif bölgələrinə təşkil olunan elmi ekspedisiyalar,arxeoloji qazıntılar,tarixi abidələrin qorunması sahəsində aparılan tədbirlərdən söhbət açılır.XIX- əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycana gəlmiş tədqiqatçıların və yeni yaranan milli kadrların adları çəkilir. Məqalənin yazılmasındainternet, arxiv və nadir fond materiallarından istifadə edilmişdir.
Резюме
Становление азербайджанской археологической науки по историческим материалам (конец XIX – начало XX вв.).
В статье рассматриваются зарождение, становление и развитие археологической науки в Азербайджане в начале ХХ века.
Затрагивается деятельность Музея Истиглал, Азгосмузея, научных обществ,организаций и комитетов созданных в начале ХХ века. Освещаютсяархеологическиераскопки, научные экспедиции организованные в разные регионы Азербайджана а также, принимаются меры для охраны исторических памятников. Перечисляются имена исследователей и национальных кадровАзербайджана. При написании статьи использовались интернетные ресурсы, архивные и фондовые материалы.
Summary
Formation of Azerbaijani archaeological science based on historical materials (late XIX – early XX centuries).
The article deals with the origin, formation and development of archaeological science in Azerbaijan at the beginning of the 20th century.
The activities of the Istiglal Museum, the Azerbaijan State Museum, scientific societies and committees established in the early XX century are touched upon. Archaeological excavations, scientific expeditions organized in different regions of Azerbaijan are covered, as well as measures are taken to protect historical monuments. The names of researchers and national personnel of Azerbaijan are listed. When writing the article, Internet resources, archival and stock materials were used.