Doğma yurdumuz Azərbaycan bizim ana vətənimizdir. Bu torpaq bizə əcdadlarımızın əmanətidir.Bizə əmanət olan bu vətəni qorumaq hər birimizin vətəndaşlıq borcudur. Əlbəttə ki, vətəni qorumaq üçün onu sevmək lazımdır.Vətən sevgisi, vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətəvpərvərlik hissi ailədə körpə yaşında aşılanmalı,böyüdükcə tədricən canına, qanına, ruhuna işləməlidir. Xoşbəxt xalqıqki torpaqımızda dünyaya gələn hər bir övladımız, azərbaycanlı qanını daşıyan hər bir vətəndaş öz vətənpərvərlik hissi ilə dünyaya səs salmışdır. Ta qədimdən bu günə kimi öz igidliyi, vətənpərvərliyi ilə seçilən xalqımız bu gündə hərb meydanında öz sözünü deməkdədir. İllərdir işğalçı erməni ordusu tərəfindən əsarətdə saxlanılan torpaqlarımız məhz vətənpərvər oğullarımız tərəfindən geri qaytarıldı.
Otuz ilə yaxındır danışıqlar yolu ilə həllinə çalışdığımız haqq mübarizəmizi 44 gün ərzində hərb yolu ilə həll etdik. Budur şanlı ,qürurlu azərbaycan ordusu ,budur haqq mübarizəsi, budur vətən sevgisi. Qəhrəman Azərbaycan oğulları bu müharibəni qələbə ilə nəticələndirərək,adlarını qızıl hərflərlə tarixə yazdılar. Müharibədə döyüş də var, şəhidlik də var. Savaşda xüsusi təyinatlıların zərbəsi də var, şəhidliyin behiştə aparan yolu da… Şəhidlik – vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, vətən, torpaq böyük amallar uğrunda candan keçmək, şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik – verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. İstər Birinci, istər İkinci Qarabağ müharibəsində bu zirvəni fəth etmiş minlərlə igid oğullarımız bu gün xalqımızın əbədi xatirəsinə çevrilmişdir. Öz canı və qanı bahasına şəhidlik zirvəsinə ucalan igid oğullar Azərbaycan gəncliyi üçün bir tarix yazıb getmişdir.
Allahdan bütün Şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı arzu edirik. Onları bu ruhda böyüdüb, tərbiyə edən anaların əlindən öpür, onlara bir ömür boyu hörmət etməyi özümüzə borc bilirik. Çünki bu gün işğaldan azad olunan torpaqların sevincini məhz onların sayəsində yaşayırıq. Eşq olsun vətənpərvər Azərbaycan xalqına!