06.07.2018-ci il tarixdə Uşaq yaradıcılıq mərkəzinin akt zalında “Yeniyetmə və gənclər arasında erkən nigahlara dair monitorinq və sorğunun keçirilməsi, geniş ictimaiyyətin iştirakı ilə sosial aksiyaların təşkili,çarxların hazırlanması və ictimai yayımının həyata keçirilməsi” lahiyəsinə aid gənclər və yeniyetmələrlə görüş keçirildi. Tədbirdə rayonumuzun idarə və təşkilatlarında çalışan gənclərə üstünlük verilmişdir.Bununla yanaşı həmin lahiyənin əsas təşkilatçılatçıları da Bakı şəhərindən təşrif buyurub tədbirimizdə iştirak etdilər.Tədbirdə rayon Təhsil şöbəsinin metodisti Fərəh xanım, Mərkəzi kitabxananın işçisi Jalə xanım çıxış edərək erkən nigahların qarşısını almaq üçün təkliflər irəli sürdülər. Bir xanım kimi məndə öz münasibətimi bildirərərk lahiyə təşkilatçılarına bildirdim ki, erkən nigahların qarşısını almaq üçün ilk öncə bu kimi tədbirləri kəndlərdə təşkil edib,təhsilsiz valideynlər,kənd camaatı ilə görüşüb söhbətlər apararaq video çarxlar göstərərək erkən nigahın nələr törətdiyini, övladlarına hansı ziyanların vurduğunu çatdırsınlar.O yolla bəlkə bəzi valideynləri başa salaraq erkən nigahın qarşısını almaq olar.



