Öz həmkarlarımla birlikdə Çıraqqalaya gedən turist marşurutunun xəritəsini hazırladıq. Günlərdi bu xətti hazırlamaq üzərində çalışırdıq. Axır ki, turist yolunun sxemini xəritə şəklində çəkməyə nail olduq. Bununla yanaşı ekskursiyaçı həmkarımla birlikdə ekskursiya mətni işləyib hazırlamışdıq. Hazırladığımız mətni digər işçilərimizlədə müzakirə etdik. Mətn işçilərimiz və rəhbərliyimiz tərəfindən qəbul olundu.


