"Çıraqqala-Şabran"Dövlət Tarix Mədəniyyət Qoruğuna aid olan" Şabran" abidəsində "Novruz" bayramının gəlişi ilə əlaqədar olaraq bayram tədbiri keçirildi.Mart 18, 2021

Bu gün 18.03.2021-ci il tarixdə “Çıraqqala-Şabran”Dövlət Tarix Mədəniyyət Qoruğuna aid olan” Şabran” abidəsində “Novruz” bayramının gəlişi ilə əlaqədar olaraq bayram tədbiri keçirildi. Tədbirdə Şabran rayon Ə.Quliyev adına Şahnəzərli kənd tam orta məktəbinin şagirdləri və Şahnəzərli kəndindən olan qazimiz Məmmədov Vurğun Azad oğlu iştirak etdilər. Şagirdlər bayram münasibətilə şeirlər dedilər. Qoruğun Ekspozisiya və Kütləvi ekskursiyalar şöbəsinin müdiri Məmmədov Məmmədmusa müəllim Qazimizə bayram hədiyyəsi təqdim etdi.Bundan əlavə Qoruq əməkdaşları Meylaverdiyeva Aysel, Bəbirova Vüsalə, Pirquliyeva Günel, Zəkiyev Murad və Rzayev Rəşadda öz ürək sözlərini dedilər.Tədbir pandemiya qaydalarına uyğun olaraq keçirildi

Spread the love