Gənclərin vətənpərvərlik tərbiyəsində tarixi abidələrin rolu.Sentyabr 18, 2018

    Ölkəmizin tarixi qədimdir. Bunu respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr də aydın göstərir. Xalqımızın keçmişini özündə yaşadan bu mənəvi dəyərlər hələ açılmamış sirlərlə doludur. Bununla belə həmin arxeoloji və memarlıq abidələrinin tədqiqi göstərir ki, bəşər sivilizasiyasının inkişafında xalqımızın da böyük xidmətləri olmuşdur.

   Hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul edilib. Bu səbəbdən də maddi-mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyətli işdir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda abidələrin toxunulmazlıq statusu və onların qorunub gələcək nəsillərə çatdırılması bir daha təsbit olunub. İndi ölkəmizdə bu sahəyə ciddi fikir verilir. Əməkdar jurnalist, tarixi abidələr üzrə araşdırıcı Həmzə Vəliməmmədov deyir ki, mədəni irsimizin gələcək nəsillərə çatdırılması üçün onların bərpa-təmir işlərinə xüsusi diqqət yetirilməli, abidələrin təbliği işində hökm sürən durğunluq aradan qaldırılmalıdır. Belə abidələrin mühafizəsi üçün gənclər arasında maarifləndirmə işləri aparmalıdır.

  Gənc nəsil mənsub olduğu xalqın tarixini dərindən öyrənib, öz doğma vətəni ilə fəxr etməlidir. Bunun üçün gənclərdə milli-mənəvi tərbiyəni formalaşdırmaq lazımdır. Bu işdə abidələrin təbliğinin də böyük əhəmiyyəti var.  Bunun üçün tarixi irsimizi, dəyərlərimizi gənc nəslə sevdirmək, məktəblilərin bu sahəyə aid bilgilərini artırmaq üçün ümumi təhsil məktəblərində təbliğat işi gücləndirilməlidir. Bu misiyanı da həyata keçirmək biz qoruğ işçilərinin üzərinə düşür.Bunun üçün biz qoruq əməkdaşları vaxtaşırı  iş otağımızda dəyirmi masalar təşkil edib,bu yolda görəcəyimiz işlər barədə müzakirələr aparırıq. Müzakirə prosesində hər kəs bu mövzu ətrafında öz fikirini bildirməklə yanaşı görəcəyi işlər barədə də məlumat verir.

   Bildiyimiz kimi bizim işimizin əsas hissəsini təbliğat təşkil edir.İlin doqquz ayını demək olar ki, rayonda və rayonun  müxtəlif kəndlərində fəaliyyət  göstərən mətəblərində olur və oradakı şagirdlər arsında tarixi abidələrin təbliği ilə bağlı söhbətlər aparırıq.Söhbət əsnasında şagirdlərə tariximizi dərindən öyrənməyi və onu harda olmalarından asılı olmayaraq hər zaman təbliğ etmələrini tövsiyə edirik.Cünki xalqı yaşadan ,tanıdan onun tarixi keçmişidir.Keçmişini bilməyən xalq gələcəyini qura bilməz.Tarixi özündə yaşadan amillərdən biri də tarixi abidələrimizdi ki, bunlardan da  üçü rayonumuzun payına düşür.Bunlara uzunluquna görə Çin səddindən sonra ikinci yerdə duran “Gil-gilçay “səddi,bu səddin tam mərkəzində yerləşən “Çıraqqala” tarixi abidəsi və Qədim Şabranı misal gətirmək  olar.Bu abidələr rayonumuzun nə qədər qədim tarixə malik olmasına əyani sübutdur.Onları yaşatmaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin borcudur.





Spread the love