21 fevral Beynəlxalq Ana Dili günü ilə bağlı olaraq "Doğma dilim" adlı zoom platformasında onlayn tədbiri təşkil edildiFevral 21, 2021

“Çıraqqala-Şabran”Dövlət Tarix Mədəniyyət Qoruğunun əməkdaşları P.Ağaverdiyev və A.Meylaverdiyeva “Çıraqqala-Şabran”Dövlət Tarix Mədəniyyət Qoruğunun iş planına əsasən 21 fevral Beynəlxalq Ana Dili günü ilə bağlı olaraq “Doğma dilim” adlı zoom platformasında onlayn tədbiri təşkil etdi.

Tədbirdə “Çıraqqala-Şabran” Dövlət Tarix Mədəniyyət Qoruğunun əməkdaşları ilə yanaşı Şabran rayon H.Əliyev Mərkəzinin direktoru T.Əliyev və əməkdaşları, Şabran Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları, Şabran rayon Gənclər və İdman İdarəsinin işçiləri, Şabran rayon YAP nın əməkdaşları da iştirak etdilər. Tədbirimizdə qoruğumuzun əməkdaşları ilə yanaşı iştirakçılarda Ana dilimizlə bağlı fikirlərini bildirdilər.

Spread the love