“Çıraqqala” Tarixi Qoruğunun işçilərinin Pirəbədil muzeyinə ekskursiyası.Sentyabr 20, 2018

06 sentyabr 2018-ci il tarixində qoruq işçilərimizlə birgə qədim tarixə malik Pirəbədil kəndində yerləşən Qəzənfər Musabəyovun doğulub boya-başa çatdığı, yaşadığı Pirəbədil muzeyində oldum. Muzeyin işçiləri xüsusi ilədə muzeyin direktoru Pərvanə xanım bizi Pirəbədil kəndi, Musabəyovların ev muzeyi, onların fəaliyyətləri və xalqımız üçün gördükləri işlər haqqında daha dolğun və ətraflı məlumatlar çatdırdı.

Pirəbədil qədim dağ kəndlərindən biridir. 1927-ci ilə qədər Quba qəzasının Pirəbədil nahiyyəsi adlanıb. 1927-ci ildə ( Dəvəçi ) Şabran rayon statusu aldıqdan sonra Pirəbədil kəndi ( Dəvəçi) Şabran rayonunun ərazisinə verilmişdir. Kənd camaatı heyvandarlıq və əkinçiliklə məşğuldur. Pirəbədil ən əsası öz xalçaları ilə tanınmışdır. 1912-ci ildə Sank-Peterburqda keçirilən xalça senfoziomunda qızıl medala layiq görülmüşdür.Həmin sözügedən xalça hərrac zamanı ingilis taciri tərəfindən alınıb.

Maarifpərvər xeyriyyəçi Mahmudağa Əfəndiyevə məxsus 2 mərtəbəli 14 otaqlı 3 koridorlu 3 eyvandan ibarət ev 1862-ci ildə inşa olunub. 1968-ci ildən ilk dəfə muzey kimi fəaliyyətə başlayıb. 1988-ci ildə təmir olunub.2013-cü ildən Pirəbədil tarix muzeyi adlanır. 1988-ci ildən də tarixi abidə kimi Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.

 

 









Spread the love