Qoruğumuzun Böyük elmi işçisi Günel Pirquliyeva tərəfindən Zoom platforması üzərindən “Nizami Gəncəvinin” 880 illik yubileyi ile bağlı təşkil etdiyi video konfransda Filologiya üzrə Fəlsəfə doktoru, Dosent , ADPU-nin Quba filialının Azərbaycan dili Ədəbiyyat Kafedrasının müdiri Gülşən Ağayeva, Finlandiyada yaşayan , ölkəmizlə və belə dahi sənətkarlarımızla bağlı təşkil olunan ictimai tədbirlərdə hər zaman fəal iştirak edən Azərbaycanmızı dünyaya tanıdan Azərbaycanlı Siyasi ve Fəlsəfə doktoru , Dosent Sevinc Tekin, Qoruğumuzun aparıcı elmi işçisi Vüsalə Baxışıyeva dahi sənətkarımız haqqında öz məruzələri ilə çıxış edərək Nizami yaradıcılığı , Xəmsəsi və fəlsəfi düşüncələri barədə geniş məlumat verdilər.Tədbirdə Şabran Gənclər və İdman İdarəsinin əməkdaşı Musa Hüseynov və digər Qoruqların əməkdaşlarıda iştirak etdilər.









