"Zəfər günü" ilə əlaqədar təşkil olunmuş dəyirmi masaNoyabr 3, 2021

 

3 noyabr 2021-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Baş fond mühafizi Günel Pirquliyeva “Zəfər günü” ilə əlaqədar dəyirmi masa təşkil etmişdir.Tədbirimizdə qoruq əməkdaşları , II Qarabağ müharibəsi qazisi Şabran şəhər şəhid ailələri və müharibə iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri Fuad Quliyev, qazi Sənan Məmmədov, qazi Zahid Qafarov, qazi Vurğun Məmmədov da iştirak edirdilər. Tədbirdən əvvəl Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidlərinin əziz xatirələri ehtiramla anıldı və məzarları önünə gül dəstələri qoyuldu.
Tədbirdə ilk olaraq Günel Pirquliyeva çıxış ederek tədbiri açıq elan etdi.Daha sonra Ekspozisiya və kütləvi ekskursiyalar şöbəsinin müdiri Məmmədmusa Məmmədov, aparıcı elmi işçi Vüsalə Bəbirova və qazilərimiz 44 günlük müharibə dövründə əsgərlərimizin, zabitlərimizin göstərdikləri şücaətlərdən, igid oğullarımızın qəhrəmanlıqlarından danışdılar.Tədbirin sonunda qazilərimizə Qoruğunun adından müxtəlif hədiyyələr verildi.

Spread the love