Bu gün “Çıraqqala-Şabran” Dövlət Tarix Mədəniyyət Qoruğunun Aparıcı elmi işçisi Şirəli Şirəliyev, elmi işçisi Fərrux Muxtarov və ekskursiyaçısı Aysel Meylaverdiyeva Şabran rayonu Şahnəzərli kənd tam orta məktəbinin 8-9 cu sinif şagirdləri arasında “Tarixi abidə və yerlərimiz ” adlı sorğu təşkil etdilər.Sorğunun məqsədi tarixi irsimizi, dəyərlərimizi gənc nəslə sevdirmək, şagird və tələbələrin bu sahəyə aid bilgilərini artırmaqdır. Gənclərin şüuruna yeridilməlidir ki, mədəni irsimizin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması kimi şərəfli işin məsuliyyəti onların üzərinə düşür.





