


















9 dekabr 2021-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun fond müdiri Günel Pirquliyeva Zoom platformasında “Şabranın tarixi abidələri” adlı onlayn ekskursiya təşkil etdi. Qoruğumuzun ekskursiyaçıları və elmi işçiləri ayrı-ayrılıqda hər bir abidə haqqında izləyicilərə canlı şəkildə abidə ətrafından məlumatlar çatdırdılar.