9 fevral 2022-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi, elmi işçiləri və ekskursiyaçısı Şəhərgah arxeoloji abidəsində oldular. Abidənin ərazisində təbiətin eroziyası nəticəsində aşkar edilmiş eksponatları topladılar.