22 fevral 2022-ci il tarixində “Çıraqqala-Şabran”Dövlət Tarix-Mədəniyyət Qoruğunun Şabran arxeoloji abidəsinin ərazisində qoruğumuzun əməkdaşları tərəfindən elimizin milli bayramı olan Novruzun gəlişinin rəmzlərindən sayılan Su çərşənbəsi qeyd edildi. Adət-ənənələrimizə uyğun olaraq tonqal qalandı. Tonqal ətrafında əməkdaşlarımızın “Milli adətlərimiz” adlı söhbətləri təşkil edildi.






