“Narkomaniyaya qarşı mübarizə – mənəviyyatın xilası”Avqust 20, 2019

Şabran şəhər 3 nömrəli ümumi orta məktəbində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1-ci bəndinin icrasını təmin etmək və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illlər üçün Dövlət Proqramı” nın icrası ilə əlaqədar “Narkomaniyaya qarşı mübarizə – mənəviyyatın xilası” başlığı altında məktəblilər arasında dəyirmi masa təşkil etdim.
Keçirilmiş tədbirdə 35 nəfər iştirak etmişdir. Tədbirin sonunda mövzuya dair videçarx təqdim olunmuşdur.

Spread the love