“Xocalı soyqırımı -XX əsrin son facisəsi"Fevral 25, 2022

25.02.2022-ci il tarixdə “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı -XX əsrin son facisəsi” başlığı altında tədbir keçirildi. Tədbirdə Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Musa Hüseynov, Gənclərin İnkişaf və Karyera Mərkəzin Şabran nümayəndəliyinin əməkdaşları və Gənc Könüllülər və müxtəlif məktəblərin müəllim-şagird kollektivi iştirak edirdilər. Öncə Xocalı qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.İlk oncə Qoruğun aparıcı elmi işçisi Vüsalə Bəbirova çıxış edərək Xocalı soyqırımının dinc əhaliyə qarşı törədilmiş cinayətlərinin ən dəhşətlisi olduğunu, 30 illik işğaldan sonra, 2020-ci ildə 44 günlük müharibədə Azərbaycan Respublikası Prezidenti, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu tərəfindən aparılan uğurlu döyüş əməliyyatları nəticəsində torpaqlarımızın işğaldan azad olunaraq tarixi ədalətin bərpa olunduğunu diqqətə çatdırmışdır. Tədbirdə çıxış edənlər Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasında Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin danılmaz olduğunu vurğuladılar.Tədbirdə məktəblilərin ifasında vətənə, qələbəyə həsr olunmuş şeirlər səsləndi və Xocalı soyqırımına aid videoçarx, həmçinin məktəblilərin hazırladıqlar Xocalıya aid videolar nümayiş olundu.Tədbirin sonunda Xocalı soyqırımına aid məktəblilər tərəfindən çəkilmiş rəsm müsabiqəsinin təqdimatı keçirildi.

 

 

Spread the love