"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları tərəfindən “Quba Soyqırım Memorial Kompleksi”nin ziyarətiMart 31, 2022

31 mart 2022-ci il tarixdə “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları “Quba Soyqırım Memorial Kompleksi”ni ziyarət etdilər. Xatirə kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdiyi kütləvi qırğınlarda həlak olan on minlərlə azərbaycanlının əbədi xatirəsinə ucaldılmışdır. Qoruğumuzun əməkdaşları abidə kompleksinə daxil olaraq, gül dəstələrini əbədi məzarlığın önündə yerləşən xatirə daşının üzərinə qoyduqdan sonra kompleksin giriş hissəsində sərgilənən ekspozisiyalarla tanış oldular.

Əməkdaşlarımız muzeyin orta hissəsində yerləşən “qara xatirə daşı” ətrafında yaddaşımıza 31 Mart soyqırımı kimi həkk olunan tarixin köklərinə xronoloji baxış keçirdilər.

Spread the love