"18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə Rəhimli kənd İ.Abbasov adına tam orta məktəbin şagirdləri ilə görüşAprel 12, 2022

12 aprel 2022-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ekskursiyaçıları Kərimov Elvin, Fərzəliyev Tural, Zəkiyev Murad və elmi işçisi Muxtarov Fərrux “18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Rəhimli kənd İ.Abbasov adına tam orta məktəbin şagirdləri ilə görüşərək Tarixi abidələrimiz haqqında məlumat çatdırıblar. Əməkdaşlarımız çıxış edərək vurğulamışdır ki, YUNESKO-nun qərarı ilə 1983-cü ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdən ibarətdir. Tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Ulu babalarımızın bizə yadigar qoyduğu tarixi abidələrimiz Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Çünki hər bir tarixi abidə məxsus olduğu dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır.

Spread the love