Aprel 14, 2022

14 aprel 2022-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun böyük elmi işçisi Hacıyeva Səmra Zoom platforması üzərində “18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə bağlı əməkdaşlıq çərçivəsində onlayn tədbir keçirdi.Əməkdaşımız Qoruğumuzun tarixi abidələri haqqında geniş məlumat verdi.Tədbirdə Quba Soyqırım Memorial Kompleksi,Avey Dövlət Tarix-Mədəniyyət Qoruğu,Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu və Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları da öz abidələri haqqında tədbir iştirakçılarını məlumatlandırdı.

Spread the love