Heydər Əliyev mərkəzində "18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə təşkil olunan tədbirAprel 14, 2022


14 aprel 2022-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Aparıcı elmi işçisi Bəbirova Vüsalənin təşkilatıçılığı ilə Heydər Əliyev mərkəzində “18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir təşkil olundu.Tədbirdə qonaq qismində Heydər Əliyev mərkəzinin direktoru Təvəkkül Əliyev və Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak edirdilər. Baş fond müdiri Pirquliyeva Günel və ekskursiyaçı Meylaverdiyeva Aysel çıxış edərək vurğulamışdırlar ki, YUNESKO-nun qərarı ilə 1983-cü ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdən ibarətdir. Tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Ulu babalarımızın bizə yadigar qoyduğu tarixi abidələrimiz Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Çünki hər bir tarixi abidə məxsus olduğu dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır.Tədbirdə həmçinin qoruğun elmi işçisi Ağaverdiyev Pərvizin hazırladığı 7 abidə haqqında slayd showh göstərilib.Sonda şagirdlərlə əməkdaşlarımız xatirə şəkili çəkdirdilər.

Spread the love