







15 aprel 2022-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu “18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Dünya əhəmiyyətli “Qədim Şabran” abidəsinə Şabran rayon S.Zülfiqarov adına 3 nömrəli tam orta məktəbin şagirdləri və müəllim kollektivi ekskursiya təşkil etdilər. Əməkdaşlarımız şagirdlərə Abidə haqqında və eksponatlar haqqında geniş məlumat çatdırdılar.