«Əfsanələr diyarı Şabranımız» Festivalıİyun 9, 2022

 

10 may 2022-ci il tarixində «Çıraqqala-Şabran» Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş «Əfsanələr diyarı Şabranımız» adlı festival təşkil edildi. Festivalda  Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov başda olmaqla   digər İdarə və təşkilatların rəhbərləri, əməkdaşları həmçinin məktəb rəhbərləri, müəllim və şagirdlər iştirak edirdilər. Festival Azərbaycan televiziyasının  bir çox kanalları tərəfindən lentə alınmışdır.(ARB TV, İnter.az TV və Real TV, Dunya TV) kimi    yerli kanalların adını çəkmək olar.Keçirilən festivalın əsas məqsədi məktəblilərdə Abidələrimizə qarşı   təfəkkür və  düşüncə tərzini formalaşdırmaq, tariximiz haqqında ətraflı məlumata sahib olmaqdan ibarətdir.

Spread the love