15 iyun Qurtuluş günü ilə bağlı olaraq maddi-mənəvi xəzinəmiz sayılan tarixi abidələrimiz"İyun 14, 2022

14 iyun 2022-ci il tarixində Zoom platformasında əməkdaşlıq çərçivəsində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu “15 iyun Qurtuluş günü ilə bağlı olaraq maddi-mənəvi xəzinəmiz sayılan tarixi abidələrimiz” adlı onlayn tədbir keçirildi.Tədbirdə “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçiləridə iştirak edirdilər. Qoruğumuzun baş fond mühafizi Günel Pirquliyeva da çıxış edərək bildirdi ki,tarix və mədəniyyət abidələrimiz xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən, maddi və mənəvi həyatımızın, tariximizin daşlaşmış yadigarları və onların min illər, əsrlər boyu formalaşdığını, təşəkkül tapdığını təsdiq edən yeganə mənbələrdir. Nəsillər bir-birini əvəz etdiyində bu daş abidələr danışmağa, tarixi gələcəyə ötürməyə başlayır. Azərbaycan xalqının mədəni irsi kimi abidələr minilliklərin sənətkarlıq xüsusiyyətlərini, təfəkkür və düşüncə tərzini, dövrün mədəni mühitini bu günə daşıdığı üçün həm də bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi kimi beynəlxalq əhəmiyyət kəsb edir və mədəniyyət tariximizin öyrənilməsində mühüm mənbələrdən sayılır.

Spread the love