Zoom platformasında "26 İyun Silahlı Qüvvələr Günü"nə həsr edilmiş "Ordum varsa yurdum var" mövzusunda seminarİyun 25, 2022

24 iyun 2022-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ekskursiyaçısı Elvin Kərimov tərəfindən Zoom platformasında “26 İyun Silahlı Qüvvələr Günü”nə həsr edilmiş “Ordum varsa yurdum var” mövzusunda seminar” keçirildi.Seminarı giriş sözü ilə açan Elvin Kərimov Azərbaycan ordusunun yaranma tarixi barədə danışaraq 1918-ci il 26 iyun tarixli fərmanla yaradılmış Azərbaycan Milli Ordusunun qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdiyini bildirdi. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordusunun ləğv edilməsi, yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Sovetində milli ordunun yaradılması haqqında qərarın qəbul edilməsi, Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi barədə danışdı.

Spread the love