"26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü"nün qeyd olunması ilə əlaqədar gənclərin İştirakı ilə "Gəncliyimizi və gələcəyimizi qoruyaq" mövzusunda kecirilən maarifləndirici tədbirİyun 26, 2022

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları Atayeva Günay və Hətəmov İlkin 24 iyun 2022-ci il tarixdə Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nün qeyd olunması ilə əlaqədar gənclərin İştirakı ilə “Gəncliyimizi və gələcəyimizi qoruyaq” mövzusunda kecirilən maarifləndirici tədbirdə iştirak etdilər. Tədbirin əsas məqsədi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramından irəli gələn

vəzifələrin icrasının təmin olunması, gənc nəslin narkomaniya və psixotrop maddələrin zərərli təsirləri barədə maarifləndirilməsi, onlar arasında narkotik vasitələrin yayılmasının qarşısının alınması və sağlam həyat tərzinin təbliğ edilməsi olmuşdur.Tədbirdə həmçinin Qoruğumuzun əməkdaşı Atayeva Günay çıxış edərək öz fikirlərini çatdırdı. Tədbir çıxışçıları gənclərə yüksək təhsil almaqları, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmaları, idmanla məşğul olmaları, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələri, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmaları və cəmiyyətdə sağlam fərdə çevrilmələri tövsiyyə etdi. Sonda videoçarx nümayişi və sərgiyə baxış keçirilmişdir.

Spread the love