"26 iyun-Silahlı Qüvvələr Günü"nə həsr edilmiş rayon tədbiriİyun 26, 2022

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları 24 iyun 2022-ci il tarixində Şabran rayon Mədəniyyət Mərkəzində “26 iyun-Silahlı Qüvvələr Günü”nə həsr edilmiş rayon tədbirində iştirak etdilər. Tədbirdə həmçinin şəhid ailələri, qazilər, rayon ictimaiyyəti “Vətənim-Azərbaycandır.az” şimal zonası üzrə bölgə müxbiri də iştirak edirdi. Tədbirdə Azərbaycan ordusunun keçdiyi şərəfli yola nəzər salındı. 44 günlük Vətən müharibəsi dövründə Şabran rayon Mədəniyyət Mərkəzinin kollektivi hünər və şücaət göstərən əsgərlərimizə qarşı heç də biganə qalmamış onların şəninə şeirlər yazılmış, musiqilər bəstələnmiş, bir çox layihələr hazırlayaraq həyata keçirmişdir. Tədbirin  ideya və musiqiləri   Teymur Hüseynoğluna   məxsus olan üç layihənin operatoru və montaj edəni Zaur Əzizov  “Salam olsun” , “Biz qalib gəldik”, “Bizimdir zəfər” adlı  klipləri nümayiş edildi.”Vətənim-Azərbaycandır.az” sayıtının foto_muxbiri Zaur müəllimə   sonsuz  təşəkkürlərimizi bildiririk.Zaur 44günlük vətən müharibəsi zamanı bütün şəhidlərimizi lentə almış onları gələcək nəsillərə bir xatirə olaraq ərmağan etmişdir.Onun əməyi danılmazdır. Kliplər tamaşaçılar tərəfindən maraqla və rəğbətlə qarşılandı.Sonda şəhid S.Balağayevin anası çıxış edərək öz təşəkkürlərini bildirdi.

Spread the love