Çaraq kəndində yerləşən yerli əhəmiyyətli "Çaraqqala" və "Qədim qəbirstanlıq" abidələriAvqust 5, 2022

05.08.2022-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları İş planına uyğun olaraq Qoruq ərazisində və ona yaxın kəndlərdə yaşayan yaşlı nəslin nümayəndələri ilə görüşərək,onlardan tarixi abidələr və eksponatlar haqqında məlumatlar toplamaq və tarixi abidələrin vaxtaşırı monitorinqini aparmaq məqsədilə Qoruğun ərazisində yerləşən Çaraq kəndində ki yerli əhəmiyyətli “Çaraqqala” və “Qədim qəbirstanlıq” abidəsində oldular.Burada onları qarşılayan Çaraq kəndinin ağsaqqallarından olan Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının dosenti Oqtay Abbasov “Çaraq” kəndinin tarixi ilə yanaşı abidələr haqqında da geniş məlumat verdi.Daha sonra Kəndlə tanışlıq zamanı kənd sakinlərindən müxtəlif tarixi əşyalar topladılar.

Spread the love