AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuSentyabr 15, 2022

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Baş fond mühafizi Pirquliyeva Günel, Aparıcı elmi işçisi Bəbirova Vüsalə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxivində oldular. Əməkdaşlarımızı arxivdə olan Şabranın “Çiraqqala”, “Qədim Şabran”, “Gil-gilçay” və digər tarixi abidələri haqqında olan məlumatlarla “Elmi arxiv” şöbəsinin müdiri İlhamə Sadıqova və Tarix üzrə fəlsəfə doktoru, Abşeron arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyev tanış etdilər.

Spread the love