









Şabran Tarix Diyarşünaslıq Muzeyində 27 Sentyabr Anım günü ilə əlaqədar “Azərbaycanın Zəfər Tarixinə Gedən Yol” adlı tədbir keçirilmişdir. “Çıraqqala-Şabran”Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları da iştirak etdilər. Qoruğun ekskursiyaçısı Aysel Meylaverdiyeva çıxış edərək 44 günlük ikinci Qarabağ müharibəsində xalqımızın oğullarımızın göstərdiyi şücaətləri, igidlikdən,mərdlikdən danışdı.