Şəhid Ağaquliyev İlkin Saməddin oğluOktyabr 4, 2022

04.10.2022-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları 16 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə öz şücaətini göstərərək qəhrəmancasına şəhid olan Ağaquliyev İlkin Saməddin oğlunun doğum günü münasibətilə ailəsini ziyarət etdilər.

Şəhidin ailəsi ilə görüş zamanı onun xoş xatirələrindən danışılıb.

Şəhid İlkin Ağaquliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Suqovuşan azad olunmasına görə” və Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidliyinə görə ” İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

 

Ziyarət zamanı Şəhid ailəsi tərəfindən “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğuna Ağaquliyev İlkin Saməddin oğluna həsr edilmiş “Bir elin oğlu” adlı kitab hədiyyə edildi.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Spread the love