“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Quba şəhərində”Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda “Zoom” platforması üzərindən onlayn tədbir keçirilmişdir.Oktyabr 18, 2022

­18.10.2022-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Quba şəhərində”Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda “Zoom” platforması üzərindən onlayn tədbir keçirilmişdir.

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları çıxış edərək bildirdilər ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı, müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.Bir tərəfdənErmənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, seperatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı.
Tədbirdə həmçinin çıxış edən “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva məruzəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikasının şərəfli işini ötən 31 il ərzində uğurla davam etdirdiyini, ölkəmizin gündən günə inkişaf etməsini vurğulamışdır.

Spread the love