Yeni Azərbaycan PartiyasıIlk partiya təşkilatının 25.01.2016– ci il tarixdə hesabat -seçki yığıncağı keçirildi.llk partiya təşkilatının sədri C,Xudaverdiyev XX əsrin sonunda Azərbaycan yenidən öz müstəqilliyini qazandı. Ancaq bu müstəqilliyin qorunub saxlanımasında, Azərbaycanın bu gün dünya birliyində lazımı yer tutmasında, nufuz qazanmasında, ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının yaradıcısı və sədri mərhum prezidentimizi H.Ə.ƏIiyevin xidmətləri əvəzolunmazdır.1992-ci ildə Naxçıvanda ağır bir şəraitdə H.Ə.ƏIiyevin yaratdığı YAP-sında bu gün yüz minlərlə insan birləşir. Çünki, bu partiya Azərbaycanın xöşbəxt gələcəyinin təminatçısıdır.2003-cü ilin prezident seçkiləri də bir daha göstərdi ki, Azərbaycan xalqı H.Ə.ƏIiyevə, onun partiyasına inanır. Oktyabrın 15-də Azərbaycan xalqı prezident seçkilərində öz seçimi ilə bir daha müdrüklüyünü və böyük xalq olduğunu sübut etdi.Bu qələbə YAP-ın fəaliyyətinin məqsəd və məramının qələbəsi idi. Bizim “Çıraqqala” Tarixi Qoruğunda ilk partiya təşkilatının yaradılmasından keçən müddət ərzində üzvlərimiz istər rayon partiya təşkilatının, istərsə də rayonun ictimai- siyasi həyatında fəal rol oynamışdır. Hesabat dövrü ərzində üzvlük haqqları vaxtında toplanıb təhvil verilmişdir.YAP tərəfindən verilən qərarlar və ğöstədişlər vaxtında ilk partiya təşkilatı tərəfindən icra edilir.Hesabat ilinin əvvəlində iş planı tərtib edilir və planın icrasına icrasına nəzarət diqqət mərkəzində saxlznılır. Biz təşkilatın boy sırasını artırmaqla yanaşı ,onu daha da möhkəmləndirməyə çalışırıq .“Çıraqqala” Tarixi Qoruğu YAP ilk partiya təşkilatının sədri Xudaverdiyev Cavid Əliağa oğlu, müavini Meylaverdiyeva Aysel Əlixan qızı seçildi.”Çıraqqala” Tarixi Qoruğundan YAP-nın VII konfransına nümayəndə Xudaverdiyev Cavid Əliağa oğlu seçildi.
