04 noyabr 2022-ci il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində “ 28 illik həsrətin zəfər sonluğu” adlı tədbir keçirilmişdir.
Tədbir “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Heydər Əliyev Mərkəzi,Gənclər və İdman İdarəsi təşkilatçılığı ilə təşkil olunmuşdur. Keçirilən tədbirdə R.Yusifov adına şəhər 2 saylı texniki təmayüllü liseyin şagirdləri də iştirak edirdi. İlk öncə 44 günlük vətən müharibəsində canını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra tədbiri Mərkəzin direktoru Təvəkgül Əliyev çıxış edərək bildirmişdir ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kaputilyasiyasına nail olduq. Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimie birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi.
“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi Pirquliyeva Günel çıxış edərək bildirdi ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Sonda film nümayiş olundu.







