24 fevral 2017-ci il tarixində “Çıraqqala” tarixi Qoruğunun işçiləri Şabran rayon Qələgah kənd ümumi orta məktəbində oldular. Qoruğumuzun ekskursiyaçıları Aysel Meylaverdiyeva və Murad Zəkiyev “Xocalı qətliamı” , “Xocalı soyqırımı” adlı məruzələrlə çıxış edərək o qanlı gecə haqqında şagirdlərə daha doğlun məlumat verdilər.
1992-ci ilin fevral ayının 25 –dən 26-na keçən gecə Xocalı xalqına törədilmiş vəhşilikləri gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlı kimi biz qoruq işçilərinində ən ümdə vəzifələrindən biridir. Bir vətəndaş kimi bizlərdə rayon mərkəzindən 12 km uzaqlıqda yerləşən Qələgah kəndinin məktəblilərinə o qarlı-boranlı bir qış günündə xalqı necə vəhşicəsinə qırdıqlarını çatdırdıq.


