Şabran rayon Mədəniyyət Mərkəzində istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir.Noyabr 30, 2022

29 noyabr 2022-ci il tarixdə“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Şabran rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Şabran rayon Mədəniyyət Mərkəzində istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirildi. Şabran rayon İcra Hakimiyyəti başçısının müavini İ. Ağayev, YAP Şabran rayon təşkilatının sədri M. Balabəyov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndəsi F.Musayev,“Şabran” Ədəbi Birliyinin üzvləri, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir Ü. Hacıbəyov və Ə.Cavadın “Dövlət himni” ilə başladı. Tədbirdə Ə. Cavadın keşməkeşli həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verildi, şeirləri səsləndirildi. “Şabran” Ədəbi Birliyinin üzvləri, Azəybaycan Yazıçılar Birliyinin üzvü A.Əlyar və Q.Məmmədov yeni
yazdıqları şeirlərini tamaşaçılara təqdim etdi. “Şabran” instrumental ansablının solistləri- D.Əzizova, N.Əliyev, E.Mustafayev, Z.Məmmədov və R. Əskərovun ifasında Ə. Cavadın sözlərinə bəstələnmiş mahnılar səsləndirildi.“Şabran Xalq Teatrı”nın üzivləri Q.Mövsümov və N.Kərimovanın iştirakı ilə Ə.Cavadın həyat yoldaşı Şükriyyə xanımın həyatından bəhs edən kiçik bir səhnə nümayiş etdirildi.

 

Spread the love