“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə birgə “Mədəni İrsin öyrənilməsində arxeologiyanın rolu” mövzusunda həmçinin təcrübə mübadiləsi məqsədilə dəyirmi masa keçirilib.Dekabr 16, 2022

14 dekabr tarixində “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə birgə “Mədəni İrsin öyrənilməsində arxeologiyanın rolu” mövzusunda həmçinin təcrübə mübadiləsi məqsədilə dəyirmi masa keçirilib. Tədbirdə “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi Günel Pirquliyeva, aparıcı elmi işçi Vüsalə Bəbirova, böyük elmi işçi Səmra Hacıyeva, elmi işçi Pərviz Ağaverdiyev və abidə mühafizəçisi İlkin Hətəmov və “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbərliyi və əməkdaşları iştirak ediblər.Tədbirin əvvəlində “Orta əsr Ağsu şəhəri” DTMQ-nun direktoru Şölə Bayramova tədbir iştirakçılarını salamlayaraq Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib və tədbirin əməkdaşlıq əlaqələrinin qurulmasındakı əhəmiyyətini qeyd etmişdir. Ekspozisiya və kütləvi ekskursiya şöbəsinin müdiri Səma Alməmmədli ideya müəllifi olduğu “Bookshelf” –kitabxana layihəsini təqdim edib. Daha sonra o, iştirakçılara Ağsu Qoruğu haqqında məlumat verib və Ağsu Qoruğunun abidələri olan Cümə məscidi, Qədim hamam kompleksi, Baş meydan, Buzxana, Sənətkar məhəlləsi, Şıxməzid Xanəgahı və Şeyx Dursun Türbəsinə dair təqdimat edib. O, həmçinin mədəni irs turları, yerli və beynəlxalq simpoziumlar, onlayn seminarlar və sərgilərin təşkil olunduğunu əlavə edib.

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi Günel Pirquliyeva “Çıraqqala-Şabran” Qoruğu haqqında ətraflı məlumat verib, tədbirin təşkil olunmasına görə öz təşəkkürlərini bildirib və keçirilən tədbirlər haqqında məlumat vermişdir.

“Çıraqqala-Şabran” Qoruğunun aparıcı elmi işçisi Vüsalə Bəbirova Qoruq haqqında təqdimat edib və bildirib ki, Çıraqqala – mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarətdir. Düzbucaqlı formasında olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilib. Divarların hündürlüyü təxminən 8-10 metrdir. Həmçinin, o, “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun dünyaəhəmiyyətli abidələridən də danışıb. O, qalanın özünəməxsus zindan-həbsxanasının və özündən 80-200 metr aralı, şimala doğru qayada ərzaq saxlamaq üçün buzxana anbarın bu gün də qaldığını vurğulayıb. Daha sonra qoruqların əməkdaşları arasında fikir və təcrübə mübadiləsi aparılıb, gələcək planlardan bəhs olunub.

“Çıraqqala-Şabran” Qoruğunun kitabxanasına Ağsu Qoruğunun nəşrləri hədiyyə olunub. “Çıraqqala-Şabran” Qoruğunun əməkdaşı Günel Pirquliyeva da Ağsu Qoruğunun direktoru Şölə Bayramovaya “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu üçün məxsusi hazırlanmış suveniri və kitabları hədiyyə edib.

Tədbir çərçivəsində Ağsu qoruğunun ekskursiyaçısı Xoşqədəm Əkbərova qonaqları orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntılar, həmçinin aşkar olunan tapıntılar, abidələrdə nümayiş olunan eksponatlarla tanış edib. Qonaqlara həmçinin fond bölməsi, Qoruq ərazisində Şəhidlərin xatirəsinə salınan “Qəhrəmanlar bağı, iş otaqları təqdim olunub. Qonaqlar üçün həmçinin Qoruğun digər abidələri olan Şeyx Dursun türbəsi və Şıxməzid xanəngahı ərazilərinə ekskursiya təşkil olunub.

Sonda qonaqlarla xatirə fotosu çəkilib.

Spread the love