Çıraqqala (inventar№: 4.7) - dünya əhəmiyyətli memarlıq abidəsiDekabr 19, 2022

ÇIRAQQALA

 

Böyük İpək Yolunu qəsbkar həmlələrindən qorumaq üçün inşa edilmiş Gilgilçay müdafiə divarlarının ən yüksək zirvəsində, dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən Çıraqqala Azərbaycanın ən qədim tarixi memarlıq abidələrindən biridir.İstehkam məqsədilə tikilmiş bu qalanın təməli V-VI əsrlərdə Sasani hökmdarları tərəfindən qoyulub.Qala çox yüksək olduğu üçün onun zirvəsindən hər yer görünür və qədimdə təhlükə baş verdiyi zaman,qalada tonqal yandırılardı. Tonqalınişığı Dəmirqapı Dərbənddə də görünər və həmin ərazidə yaşayan insanları xəbərdar edərdi.Çıraqqala (mərkəzi qala da daxil olmaqla) 17 bürcdən ibarətdir və düzbucaq formasındadır. Zaman keçdikcə,Çıraqqala təbiətin şıltaqlıqlarına məruz qalmış vəsözügedən 17 bürcdən cəmi 3 bürc günümüzə qədər gəlib çıxmışdır.Qalanın tikintisində əsasən yerli daş və bişmiş kərpicdən istifadə edilib.Qala divarlarının hündürlüyü 8-10 metr, qalınlığı isə 3-4 metrdir. Bütün qala divarı boyu keşikçilərin daldalanması üçün hazırlanmış mətəristlər (daldalanacaqlar) və müdafiə istehkam qurğuları indi də mövcuddur. Qala qapısından bir az kənarda tağbəndli ovdan (su anbarı) yerləşir. Buradakı saxsı borulardan və başqa əlamətlərdəngörünür ki, su buovdana yaxınlıqdakı dağ çeşmələrindən yığılıb süzülürmüş. Qalanın ərzaq saxlanılan buzxana anbarı və özünəməxsus zindanı da dövrümüzə qədər gəlib çıxıb.Hündürlüyü təxminən 100-120 metr olan sıldırım qayanın üzərindəki baş qüllə müşahidə aparmaq və lazım gəldikdə, işarə vermək üçün tikilib. Burada dayanan əsgərlər Dəmirqapı Dərbənddən Beşbarmaq səddinə kimi dəniz sahili boyu 100 kilometrə qədər ərazini nəzarətdə saxlaya bilirmişlər.Mədəniyyət sahəsinə, xüsusən də tarixi mədəniyyət abidələrinə yüksək diqqət göstərənölkə başçısının 15 yanvar 2019-cu il tarixli 890 saylı Sərəncamına əsasən, Çıraqqala abidəsində möhkəmləndirmə və bərpakonservasiya işlərinin görülməsinə start verilib. Bu bərpa-konservasiya işləri indi də uğurla davam etdirilirvə tezliklə başa çatdırılacaq.

 

Spread the love