27.01.2023- cü il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə Şabran Tarix Diyarşünaslıq Muzeyi və Şabran rayon Gənclər və İdman İdarəsinin əməkdaşlığı çərçivəsində “2 Fevral Gənclər” günü ilə əlaqədar “Heydər Əliyev Müasir Gənclər Siyasətinin Banisidir” adlı tədbir keçirilib. Tədbirdə “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun , Tarix Diyarşünaslıq Muzeyinin , Gənclər və İdman İdarəsinin, Xəqani Poeziya evinin , Mərkəzi Kitabxanasının əməkdaşları və şəhid valideynləri iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilərək tədbirə başlanıldı.Tədbirdə çıxış edənlər çıxışlarında dövlət başçısının gənclərə verdiyi dəstəkdən və müsbət nəticələrindən bəhs ediblər.Tədbir “Gəncliyimiz Qürurumuzdur”adlı sərgiyə baxış və xatirə şəkilləri çəkdirməklə sona çatmışdır.





