"Xocalı Soyqırımı" adlı tədbir.Fevral 23, 2023

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu Şabran Tarix Diyarşünaslıq Muzeyi ilə birlikdə əməkdaşlıq çərçivəsində Xocalı soyqırımı ilə əlaqədar olaraq “Xocalı Soyqırımı” adlı tədbir keçirdilər. Tədbirdə Qoruğun əməkdaşları ilə yanaşı, Tarix diyarşünaslıq muzeyinin və Heydər Əliyev Mərkəzinin direktorları, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayon üzrə nümayəndəsi, Azərbaycan Ordusunun zabiti və şəhid valideynləri çıxış edərək Xocalı sakinlərinin necə amansızcasına qətlə yetirildiyini, onlara mənfur erməni qəsbkarları tərəfindən necə işgəncələr verilərək öldürüldüyündən danışdılar.

Spread the love