“Çıraqqala-Şabran” DövlətTarix-Mədəniyyət qoruğu 25.02.2023-cü il tarixində “Xocalı Soyqırımına” həsr olunmuş “Xocalı faciəsi-qan yaddaşımız” adlı konfrans ZOOM platformasında keçirmişdir. Online konfransda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeleyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak etmişdir. Tədbirdə çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biri olub.






