27 fevral 2023-cü il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları Şabran rayon Ə.Quliyev adına Şahnəzərli kənd tam orta məktəbində tarixi abidələrimizin təbliğatı məqsədilə sagirdlərlə görüş keçiriblər.
Keçirilən təbliğat xarakterli görüşdə şagirdlərə qoruğun 7 abidəsi haqqında ətraflı izah verilib. Sonda əməkdaşlarımız tərəfindən verilən suallara cavab verən şagirdlərə abidələrimiz haqqında olan buklet təqdim edilib.






