Tarixi abidələrimizin qorunmasında Heydər Əliyevin rolu" adlı konfransMart 3, 2023

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət qoruğu 02.03.2023-cü il tarixində “Heydər Əliyev” ilinə həsr olunmuş “Tarixi abidələrimizin qorunmasında Heydər Əliyevin rolu” adlı konfrans ZOOM platformasında keçirmişdir. Online konfransda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeleyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak etmişdir. Tədbirdə çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, İçərişəhərin, eləcə də Azərbaycan ərazisindəki maddi-mənəvi, tarixi-memarlıq abidələrinin qorunması və tanıdılması məqsədi ilə mühüm ümumbəşəri fəaliyyətindən bəhs etmişdir.

Spread the love