“Xalqın Xilaskarı– Heydər Əliyev” adlı tədbirMart 10, 2023

10.03.2023-cü il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları tərəfindən Şabran şəhər Xaqani Poeziya evində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Xalqın Xilaskarı– Heydər Əliyev” adlı tədbir keçirdilər.Tədbirdə Xaqani Poeziya evinin müdiri şairə Aybəniz Əliyar, Şabran şəhər S.Zülfüqarov adına 3 saylı tam orta məktəbin tarix müəlliməsi Osmanova Natavan və “Heydərçilər” də iştirak edirdilər. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən söz açaraq Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat veriblər. Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Spread the love