“Çıraqqala” Tarixi Qoruğunun fond müdiri Əfruz Fərzəliyeva çıxış edərək qonaqları salamladı və bu günki tədbirin əhəmiyyəti barədə məlumat verdi.
Daha sonra “Çıraqqala” Tarixi Qoruğunun ekskursiyaçısı Aysel Meylaverdiyeva “Muzeylər və onun tarixi əhəmiyyəti” mövzusunda çıxış edərək bildirir ki, muzeylər hər bir xalqın keçmişini, onun adət -ənənələrini özündə yaşadıb əks etdirir. Keçmişi olmayan xalqın gələcəyidə yoxdur. Muzeylər vasitəsi ilə biz keçmişimiz, kimliyimiz haqqında məlumat əldə edirik.



