“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təbliğat məqsədilə məktəblərdə şagirdlərlə görüş keçiriblər. Görüşdə şagirdlərə Heydər Əliyev Azərbaycanın müxtəlif bölgələrindəki mühüm elmi, tarixi əhəmiyyət daşıyan maddi mədəniyyət abidələrinin qorunması üçün zəruri tədbirlər həyata keçirməsindən, Eyni zamanda Ulu Öndər 2003-cü ildə “Şabran” və “Çıraqqala” qoruqlarının yaradılmasını nəzərdə tutan sərəncamdan danışılıb.






