Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca misiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdıDekabr 13, 2017

 Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi  ən uca misiyanı  gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin  memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı.Bu şəxsiyyətin həyatın öyrənmək,onun gördüyü işlərin ,başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir tarix məktəbini bitirmək deməkdir.Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə  ölkənin həyatında ,xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki,bu əsrlər boyu unutulmayacaqdır.

Bu gün hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə  qeyd edir ki,müstəqil Azərbaycan  dövləti  ümummilli liderimizin  şah əsəridi ,onun öz xalqı qarşısında tarixi xidmətidir.Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.Azərbaycan- Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir.Onun nurlu  xatirəsi qəlbimizdə . yaddaşlarda  əbədi yaşayacaqdır.O bizim üçün əziz olub , əziz olaraq da qalacqdir.

Məs buna görə də 12 dekabr  Ulu öndərin anım günü ilə bağlı keçirilən gül qoyma mərasimində iştirak etməyi özümüzə borc bildik.  

 




Spread the love