DahisənətkarBülbülün 120illiyinəhəsrolunmuş tədbirdə“Çıraqqala “ Tarixi Qoruğu ekskursiyaçılarının iştirakı.Dekabr 20, 2017

Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı Bülbülün 120 illiyi Şabran şəhər 3 saylı tam orta məktəbində də qeyd olundu. Tədbirdə rayonun digər məktəblərinin musiqi müəllimləri , təhsil şöbəsinin metodisti həmçinində biz Çıraqqala Tarixi Qoruğunun ekskursiyaçıları A.Meylaverdiyeva və P.Ağaverdiyev iştirak edirdi.

Məktəbin direktoru Fidan xanım tədbir iştirakçılarını,qonaqları salamlayaraq tədbiri açıq elan etdi. Sonra vokal sənədinin banisi Bülbülün həyat və yaradıcılığından danışıldı.

zərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı.

Məmmədov Murtuza Məşədi Rza oğlu (Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilib)1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub.1916-cı ildən səhnə fəaliyyətinə başlayıb. 1920-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o vaxt Birləşmiş Dövlət Teatrının opera truppası) solisti olub.1927-ci ildə Bakı Konservatoriyasını bitirib və təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib.

1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub.

Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. İki dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni, İtaliyanın Haribaldi ordeni ilə təltif edilib.1961-ci il sentyabrın 26-da Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn edilib. Hazırda Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi və Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır.

Məktəblilər Bülbülün ifa etdiyi musiqilər məktəblilər tərəfindən səsləndirildi. Siniflər arasında mahnı və rəqs yarışması da təşkil edildi. Bütün siniflərin musiqi və rəqsləri dinlənilib izlənildikdən sonra qonaqlar tərəfindən qaliblər müəyyən edildi. Birinci yerə 8a , ikinci yerə 5a , üçüncü yerə 6 b sinifləri laiq görülüb fəxri fərmanla tərtib edildilər.

 

 

 

 




Spread the love