3 sayl tam orta məktəbdə qoruğun ekskursiyaçısı A.Meylaversiyevanın şagirdlərlə görüşü.Noyabr 30, 2016

18 aprel Beynəlxalq abidələr və tarixi yerlər günü münasibəti ilə Şabran şəhər 3 saylı tam orta məktəbində oldum. 9a sinif şagirdlərinə “Daş yaddaşı qan yaddaşı “ adlı mühasirə oxudum. Vətən, vətənpərvərlik, tariximiz və onu əks etdirən daş və qayadan ibarət abidələrimiz, onları qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaqhər birimizin vətəndaşlıq borcudur. Tariximizi yaşatmaq bütün dünya ölkələrinə onu çatdırmaq, varlığımızı və tarix boyu xalqımızın yaşadıqlarını dünya ictimaiyyətinə çatdırmaq hər bir azərbaycanlının ən ümdə vəzifəsidir.   Şagirdlərlə görüşdə aprelin ilk on günlüyündə cəbhə xəttində baş vermiş hadisələrdən də danışıldı. Gələcək vətən keşikçisi olacaq şagirdlərə cəbhə xəttində igid əsgərlərimizin qəhrəmancasına, qorxmadan, çəkinmədən  döyüşdükləri söylənildi. Döyüşlər zamanı işğal altından azad edilmiş torpaqların bir qismi azad edilmişdir və o torpaqları qoruyub saxlamaq bizlərə düşür.  Vətənin hər qarışını qorumaq və gələcək nəsillərə çatdırmaq bizim  vəzifəmiz və borcumuzdur.



Spread the love