“Çıraqqala” Tarixi Qoruğunun işçiləri Şabran qoruğunda.Dekabr 20, 2017

Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir,onların elmi tədqiqi və təbliği üçün zəruri olan qrumların yaradilması , fəaliyyətini və inkişafını təmin edir ,abidələrdən səmərəli istifadə üçün şərait yaradır.

Abidələr tarixin yadigarıdır. Ulu babaların bizim üçün qoyub getdikləri müqəddəs tarixi əmanətdir.Hər bir abidə bir tarixdir.Doğulduğum Şabran şəhəri dəqədim şəhərdir və tarixi abidələrlə zəngindir.Yaşı neçə -neçə əsrlər adlamış tikililəri, istehkamları , tarix etnoqrafik maraqlı sənət nümunələri Şabranımıza ululuq ,qədimlik bəxş edib.Məhz buna görə də buranı “Abidələr xəzinəsi” adlandırırlar.

Şabranın belə abidələrindən biri də “Şabran “tarixi qoruğudur.Şahnəzərli kəndində yerləşən bu tarixi qalanın əsası e.ə I miniliyin ortalarında qoyulduğu ehtimal edilir.Böyük İpək yolunun üzərində yerləşən bu şəhər iqtisadi , ticarət və mədəni mərkəz kimi daim diqqət mərkəzində olmuş. Şiravanşahlar dövlətinin paytaxtı olan bu qədim şəhər tez-tez yadellilərin hücumuna məruz qalmış və XVIII əsrin ortalarında tarix səhnəsindən silinmişdir.

Ümummilli liderimizin mədəniyyət sahəsinə diqqət və qayğısının nəticəsi olaraq qədim Şabran şəhəri də 2003-cü il 27 sentyabrda qoruq elan olunmuş və işçi heyyəti ilə təmin olunmuşdur.

İşlədiyimiz illər ərzində bu qoruğun əməkdaşları ilə mütəmadi iş birliyimiz olmuşdur.Onlarla birlikdə iş planımızı və iş prinsiplərimizi müzakirə etmişik.

14 dekabr 2017 –ci il tarixdə əməkdaşlarımız Şabran şəhərciyində olduqmuş, həmkarları ilə fikir mübadiləsi aparmış, gördüyümüz işlərdən ,problemlərdən və bundan sonra qarşımızda duran və görüləcək işlərdən söhbət açmışlar.

 

 

 

 





Spread the love