Yeni həftənin ilk iş günündə qoruq əməkdaşları iş planlarını nəzərdən keçirərək həftə ərzində görəcəkləri işlər barədə müzakirələr apardılar. Hərə görəcəyi işi müəyyənləşdirdi.
Qoruq əməkdaşları belə qərara gəldilər ki,birlikdə rayonda fəaliyyət göstərən Peşə məktəbindəki uşaqlarla görüş keçirsinlər.
Məktəbin direktoru Mərziyə Əsgərova görüş üçün bizə şərait yaratdı. Görüşü giriş sözü ilə açan fondun baş mühafizi Əfruz Fərzəliyeva uşaqlara gəlişimizin məqsədini açıqladı .Daha sonra qoruğun baş elmi işçisi Vüsalə Bəbirova rayonumuzun tarixi abidələri, onların dünəni və bu günü haqqında məlumat verərək Tarixi abidələrin həyatımızdakı rolundan danışdı. O bildirdi ki, nəinki yaşadığımız rayonda eləcə dərespublikamızda ,dünyada mövcud olan bütün tarixi memarlıq abidələri bizə ulu keçmişimizdən xəbər verir. Elə buna görə də keçmişimizi öyrənməli ,onu qorumalı,gələcək nəsillərə çatdırmalıyıq.Bu bizim insanlıq və vətəndaşlıq borcumuzdur .
Ekskursiyaçımız Aysel Meylaverdiyeva çıxışında uşaqları
Çıraqqalaya turist maşurut xətti ilə qiyabi tanış etdi.Sonra isə günün ən aktual mövzularından olan turizm barədə geniş və maraqlı məlumat çatdırdı. Belə ki, müasir Azərbaycanda turizmin inkişafı ,turizm
in əhəmiyyətindən .
O,qeyd etdi ki, ölkəmiz 2001 –ci ildən Ümumdünya Turizm Təşkilatının üzvüdür.Ölkənin maddi gəlirinin bir hissəsi turizmin payına düşür. Ölkəmizlə yanaşı rayonumuz da əlverişli turizm potensialına malikdir.
Görüşün sonunda peşə məktəbi şagirdlərinə Çıraqqala haqqında kitablar və bukletlər hədiyyə edildi .Görüş olduqca maraqlı və yaddaqalan oldu.
